Məxfilik siyasəti


Bu Məxfilik Siyasəti, Ballar.az ("Platforma", "Biz") tərəfindən idarə olunan veb-saytın istifadəçilərinə (“İstifadəçi”,“Siz”) ödənişli və ödənişsiz xidmətlərin göstərilməsi ilə bağlı münasibətlərində fərdi məlumatların toplanması, istifadəsi və qorunması məsələlərini tənzimləyir. Bu Məxfilik Siyasəti, Platformaya daxil olan bütün İstifadəçilər üçün keçərlidir.

 

  1. Anlayışlar

 

1.1. Fərdi məlumatlar – şəxsin kimliyini birbaşa və dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat

1.2. Fərdi məlumatların toplanması – şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi.

1.3. İstifadəçi - Platformada qeydiyyatdan keçdikdən sonra veb-sayt vasitəsilə Platformanın xidmətlərindən istifadə edən fiziki şəxs;

1.4. Xidmət - Platforma tərəfindən təqdim olunan hər cür ödənişli və ödənişsiz funksiya və məzmun;

1.5. Hesab - Platforma tərəfindən təqdim edilən Xidmətlərdən istifadəyə imkan yaradan, qeydiyyat prosesi nəticəsində İstifadəçiyə təqdim edilən şəxsi hesab.

 

 

2. Ümumi müddəalar

2.1. Platforma, süni intellektin köməyi əsasında İstifadəçilərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə ixtisas seçimi mərhələsində “İstifadəçi Şərtləri və Qaydaları”nda qeyd edilən məlumatlar əsasında analitiktəhlil və proqnozlar təqdim edən ödənişli və ödənişsiz xidmətlər göstərir.

2.2. Həmin bu xidmətlərin icrası elektron mühitdə yerləşən Platforma vasitəsilə həyata keçirilir.

2.3. Bu xidmətlərimizdən istifadə edərkən İstifadəçilər öz İstifadəçi Hesablarına daxil olurlar.

2.4. Bu Məxfilik Siyasəti Platformanı istifadə edən bütün İstifadəçilərə şamil edilir və  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

 

3. Fərdi məlumatlar haqqında

 

3.1. Platforma İstifadəçilərdən onların şəxsiyyətini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən istənilən məlumatları – məsələn, ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi və digər əlaqə məlumatlarını toplamır, saxlamır və üçüncü tərəflərlə paylaşmır.

3.2. İstifadəçilər şifrələrini unutduqda xidmətlərin davamlılığını təmin etmək məqsədilə göndərilən şifrə bərpa sorğusunda istifadə olunan e-poçt ünvanının təhlükəsizliyinə tərəfimizdən xüsusi diqqət yetirilir. Bu e-poçt ünvanı heç bir şəkildə toplanılmır, saxlanılmır və yalnız şifrənin bərpası üçün istifadə olunur. Şifrə uğurla bərpa edildikdən sonra, həmin e-poçt ünvanı avtomatik olaraq sistemdən dərhal silinir.

 

4.     Digər veb-saytlara keçidlər

 

4.1. Nəzərinizə çatdırmaq istəyirik ki, Platforma digər veb-sayt və digər mənbələrə aparan linklərə rast gələ bilərsiniz.Belə ki, Platformanın təqdim etdiyi xidmətlərə görə ödəniş əməliyyatları “GoldenPay” vasitəsilə həyata keçirilir. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır:

       Fərdi məlumatlar yalnız “GoldenPay” tərəfindən toplanır (məsələn: kart məlumatları və s.)

       Bu məlumatların toplanması, saxlanması və qorunmasına görə məsuliyyət daşıyan tərəf “GoldenPay”-dir;

       Platforma bu məlumatlara çıxış əldə etmir və onların idarə edilməsində iştirak etmir;

       İstifadəçilər “GoldenPay”-in rəsmi Məxfilik Siyasəti ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərlər:

______________

 

5.     Məxfilik siyasətinə dəyişikliklər

 

5.1. Biz, Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik. Məxfilik Siyasətinin yeni forması Platformaya yerləşdikdən sonra qüvvəyə minir və “Son yenilənmə tarixi” müvafiq olaraq qeyd edilir.

5.2. Məxfilik Siyasətinin yeni forması dərc edildikdən sonra Platformadan davamlı istifadə İstifadəçinin bütün dəyişiklikləri qəbul etməsi və razılaşması deməkdir. İstifadəçi verilən dəyişikliklərlə razılaşmırsa, Platformaya girişdən imtina etməli və xidmətlərindən istifadəni dayandırmalıdır.

 

6.     Bizimlə əlaqə

 

6.1. Əlavə məlumat üçün və ya bu Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız varsa, aşağıdakı elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın:

 

Email:info@ballar.az
Veb sayt: ballar.az

 

Son yenilənmə tarixi: 23 iyul 2025