İstifadə Şərtləri və Qaydaları

Haqqımızda


Bu sənəd “SÜNİ ZƏKA 2025” MMC (VÖEN:1407255601) tərəfindən idarə olunan Ballar.az veb-saytı (bundan sonra – “Platforma”) vasitəsilə təqdim olunan xidmətlərdən istifadə üçün tətbiq olunan hüquqi şərtləri və qaydaları müəyyən edir.

İstifadə Şərtləri və Qaydalarının qəbul edilməsi

İstifadəçi, Platformada qeydiyyatdan keçməklə və ondan istifadə etməklə bu “İstifadə Şərtləri və Qaydaları”nı (bundan sonra  - “Şərtlər və Qaydalar”) qəbul etdiyini və onlara əməl etməyə razı olduğunu təsdiq edir. Platformada qeydiyyat bu Şərtlər və Qaydaların qəbul edilməsi şərtilə mümkündür. İstifadəçilər Platformanın təqdim etdiyi xidmətlərdən istifadəni davam etdirmək üçün bütün qeyd olunan Şərtlər və Qaydaları qəbul etməlidirlər.

XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL BU ŞƏRTLƏR VƏ QAYDALARI DİQQƏTLƏ OXUMAĞINIZI XAHİŞ EDİRİK.

 Şərtlər və Qaydaları qəbul etməklə, SİZ AŞAĞIDAKILARA RAZI OLURSUNUZ:

       Platformadan Azərbaycan Respublikasında qüvvədə olan bütün müvafiq qanunlara və qaydalara uyğun istifadə etməyə;

       "SÜNİ ZƏKA 2025" MMC-nin bu Şərtlər və Qaydaları istənilən vaxt birtərəfli qaydada dəyişdirə biləcəyini və bu dəyişikliklərin Platformada dərc edildiyi andan qüvvəyə minəcəyini, o cümlədən Platformadan istifadəni davam etdirməyinizin bütün dəyişiklikləri qəbul etdiyinizi ifadə etdiyinizə.

       Platforma vasitəsilə həyata keçirilən bütün qarşılıqlı əlaqələrin və əməliyyatların bu Şərtlər və Qaydalara, habelə müəyyən xidmətlərə tətbiq edilən əlavə təlimat və ya qaydalara tabe olduğunuza.

       Platformadan istifadənizdən irəli gələn hər hansı iddia, zərər, öhdəlik, xərc və ya məsrəflərə görə "SÜNİ ZƏKA 2025" MMC-ni, onun vəzifəli şəxsləri, direktorları, əməkdaşları və agentlərinin məsuliyyət daşımadığına.

       Platformanın məzmununun və ya Platformaya keçid verilən hər hansı saytın məzmununun dəqiqliyi və ya tamlığı barədə Platformanın heç bir zəmanət və ya təqdimat vermədiyinə.

 

  1. Anlayışlar

Platforma - statistik məlumatlara əsasən süni intellekt vasitəsilə İstifadəçiyə müvafiq ixtisaslar üçün gözlənilən keçid balları təqdim edərək onlayn xidmət göstərən veb-sayt;

Xidmət - Platforma tərəfindən təqdim olunan hər cür ödənişli və ödənişsiz funksiya və məzmun;

İstifadəçi - Platformada qeydiyyatdan keçdikdən sonra veb-sayt vasitəsilə Platformanın xidmətlərindən istifadə edən fiziki şəxs;

Hesab - Platforma tərəfindən təqdim edilən Xidmətlərdən istifadəyə imkan yaradan, qeydiyyat prosesi nəticəsində İstifadəçiyə təqdim edilən şəxsi hesab.

Xidmət paketləriİstifadəçi tərəfindən ödəniş əsasında əldə edilən əlavə xidmət paketləri (Standart, Klassik, Premium və VIP).

Bölmə - İstifadəçinin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə təhsilini tamamladığı müvafiq sektor (Azərbaycan, Rus);

İxtisas bloku - İstifadəçinin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə imtahan verdiyi 1, 2, 3 və ya 4-cü ixtisas qrupu;

 

  1. Xidmətlərin təsviri

 

      2.1.    Platforma İstifadəçilərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə ixtisas seçimi mərhələsinə dəstək məqsədi ilə süni intellekt əsaslı proqnozlar və tövsiyələr təqdim edir. Bu məlumatlar yalnız statistik təhlillər və süni intellekt modelləri əsasında formalaşdırılmış qeyri-rəsmi və təxmini göstəricilərdir və hüquqi qüvvəyə malik rəsmi nəticələr hesab edilmir.

      2.2.    İstifadəçi İxtisas bloku (I, II, III, IV), Bölmə (Azərbaycan/Rus) və maraqlandığı ixtisasları daxil etdikdən sonra, Platforma həmin ixtisaslara uyğun olaraq gözlənilən keçid balları barədə süni intellektin analitik və statistik məlumatlarına əsaslanan qeyri-rəsmi proqnozlar təqdim edir.

      2.3.    Platforma, İstifadəçi tərəfindən daxil edilən məlumatlara əsasən, gözlənilən keçid ballarına dair təqdim edilən bütün məlumatlar yalnız informasiya xarakterlidir. Proqnozların dəqiqliyinə və ya gələcəkdə rəsmi olaraq açıqlanacaq keçid ballarının nəticələri ilə uyğunluğuna dair heç bir zəmanət verilmir. İstifadəçi Platforma üzərindən əldə edilən məlumatlara əsasən qəbul etdiyi qərarlara (ixtisas seçiminə) görə təkbaşına məsuliyyət daşıyır.

 

  1. Qeydiyyat

      3.1.    Hər bir İstifadəçi Xidmətlərdən yararlanmaq üçün Platformada qeydiyyatdan keçməlidir.

      3.2.    Qeydiyyat zamanı İstifadəçi tərəfindən “İstifadəçi adı”, “Şifrə” və “Şifrə”ni unutma ehtimalına qarşı “Məxfi söz” təyin edilməsi tələb edilir. Bu məlumatlar əlavə edildikdən sonra Hesab aktivləşir.

      3.3.    İstifadəçi təyin etdiyi “Şifrə”ni unudarsa, lost_password@ballar.az elektron poçt ünvanına “İstifadəçi adı” və “Məxfi söz”ü ehtiva edən, “Şifrə”nin yenilənməsi tələbi əks edilmiş müvafiq elektron məktub göndərərək yeniləyə bilər.

      3.4.    İstifadəçilər Hesablarının silinməsi üçün bu Şərtlər və Qaydalarda göstərilən elektron poçt ünvanına müraciətlərini ünvanlaya bilərlər.

      3.5.    İstifadəçilər Hesablarını üçüncü şəxslərlə paylaşmamalıdır. Hesablarının təhlükəsizliyi ilə bağlı İstifadəçilər təkbaşına məsuliyyət daşıyır. Əgər İstifadəçi Hesabının üçüncü şəxslərin əlinə keçməsi barədə şübhə duyarsa, ən qısa müddətdə Platformaya məlumat verməlidir.

 

  1. Xidmət paketləri və ödəniş şərtləri

 

      4.1.    Platformanın təqdim etdiyi xidmətləri yalnız ödəniş əsasında əldə etmək mümkündür. İstifadəçilər keçid balları barədə statistik məlumatlar əsasında proqnoz almaq üçün özünə uyğun olanı ödənişi yerinə yetirərək əldə etməlidir.

      4.2.    Platformada 4 növ xidmət paketi müəyyən edilmişdir: Standart, Klassik, Premium və VIP.

      4.3.    Hər bir xidmət paketi üçün nəzərdə tutulan ixtisas sayı və ödənişin məbləği Platformada qeyd olunur. Hər bir İstifadəçi onu satın almamışdan əvvəl paketin məbləği ilə tanış olur və onu qəbul etdiyini təsdiq edir. Platforma öz mülahizəsi əsasında bu qiymətlərə birtərəfli qaydada dəyişiklik edə bilər.

      4.4.    Təqdim edilən bütün məlumatlar statistik məlumatlar əsasında süni intellekt tərəfindən hesablanan analitik nəticələrə əsaslanır və Platforma bu məlumatların gələcəkdə müəyyən olacaq, ixtisasların real keçid ballarına uyğunluğu barədə heç bir zəmanət vermir.

      4.5.    Ödəniş müxtəlif bank kartları vasitəsilə həyata keçirilə bilər. Bu zaman kart məlumatları daxil edilir və həmin “GoldenPay”-ə məxsus veb-sayta keçid edərək ödəniş tamamlanır.

      4.6.    Ödəniş həyata keçirildiyi və əldə olunmuş xidmət paketləri əsasında məlumatların Platforma tərəfindən təqdim edildiyi andan etibarən Xidmət göstərilmiş hesab olunur, və həyata keçirilmiş ödənişin geri qaytarılmasına yol verilmir. İstifadəçiyə məxsus cihazın texniki qüsurlarının olması, şəbəkədə problemlərin yaşanması və s. kimi Platformadan asılı olmayan səbəblərdən məlumatların İstifadəçiyə çata bilməməsi Platformanın ödənişləri geri qaytarması üçün əsas kimi çıxış edə bilməz.

 

  1. Məsuliyyət

      5.1.    Platforma vasitəsilə təqdim olunan bütün məlumatlar, tövsiyələr və analizlər yalnız informasiya və məsləhət xarakterlidir. Bu məlumatlar süni intellekt alqoritmləri və statistik modellər əsasında avtomatik yaradılır və heç bir halda rəsmi dövlət orqanlarının və ya ali təhsil müəssisələrinin rəsmi mövqeyi və ya məlumatları ilə eyniləşdirilə bilməz.

      5.2.    Platforma tərəfindən təqdim olunan gözlənilən keçid balları və ixtisas tövsiyələrinin dəqiqliyinə, doğruluğuna, uyğunluğuna və nəticə ilə üst-üstə düşəcəyinə dair heç bir birbaşa və ya dolayı zəmanət verilmir. Platforma bu məlumatların istifadəsi nəticəsində əldə olunan və ya əldə olunmayan nəticələrə görə hər hansı məsuliyyət daşımır.

      5.3.    Platforma tərəfindən göstərilən Xidmətin məlumatların verilməsindən ibarət olmasını nəzərə alaraq, bu məlumatların gələcəkdə müəyyən olacaq ixtisasların real keçid ballarına uyğun olmaması ödənişlərin geri qaytarılması üçün əsas deyildir.

      5.4.    İstifadəçi Platformadan əldə etdiyi proqnozlara əsasən verdiyi qərarların nəticələrinə görə tam hüquqi və maliyyə məsuliyyətini özü daşıyır. Platforma istifadəçinin ali təhsil müəssisəsinə qəbul olunmaması, ixtisas seçiminin uyğun gəlməməsi və ya digər hər hansı mənfi nəticələrə görə məsuliyyət daşımır.

      5.5.    Platforma normal fəaliyyətin fasiləsiz və ya qüsursuz olacağını zəmanət vermir. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, texniki nasazlıqlar, server dayanması və ya digər texnoloji səbəblərdən xidmətin müvəqqəti olaraq əlçatmaz olması halında İstifadəçiyə kompensasiya və ya geri ödəniş verilməyəcəkdir.

      5.6.    Platforma tərəfindən istifadə olunan statistik məlumatlar və ya ümumi təhlillər üçüncü tərəf mənbələrdən əldə oluna bilər. Bu hallarda həmin mənbələrin dəqiqliyinə və tamlığına görə Platforma məsuliyyət daşımır.

 

  1. Müəllif hüquqları və əqli mülkiyyət

 

      6.1.    Aşağıdakılar daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq, Platformada yerləşdirilən bütün məzmunlara mülkiyyət hüququ:

       mətnlər;

       alqoritmlər;

       dizayn elementləri;

       qrafiklər və vizual komponentlər;

       süni intellekt modelləri əsasında təqdim edilmiş analitik proqnozlar;

       proqram təminatı və sistem arxitekturası

Platformaya və/ya onun mülkiyyətçisinə, yəni, “Süni Zəka 2025” MMC-ə məxsusdur.

      6.2.    İstifadəçi Platforma tərəfindən təqdim edilən ödənişli xidməti üçüncü şəxslərlə paylaşa, kommersiya məqsədilə sata, təkrar emal edə, köçürə və ya yayımını təşkil edə bilməz.

      6.3.    Platforma yalnız fərdi istifadə üçün nəzərdə tutulub. İstifadəçi əldə etdiyi məlumatları yalnız öz şəxsi qərarvermə prosesi (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə ixtisas seçimi mərhələsi) çərçivəsində istifadə edə bilər. Hər hansı korporativ, kommersiya və ya kollektiv istifadə üçün əvvəlcədən Platformanın mülkiyyətçisinin yazılı razılığı tələb olunur.

  1. Şərtlər və Qaydaların pozulmasına görə məsuliyyət

 

      7.1.    İstifadəçilər bu Şərtlər və Qaydalara tam şəkildə əməl etməlidir. Bu Qaydaların hər hansı bir şərtinin pozulması (məsələn, ödənişli məlumatların paylaşılması, xidmətin kommersiya məqsədilə istifadəsi, sistemin icazəsi olmadan müdaxilə edilməsivə s.) halında Platforma, həyata keçirilmiş ödənişləri özündə saxlamaqla, İstifadəçinin hesabını dərhal silmək və xidməti dayandırmaq hüququna malikdir.

 

  1. Şərtlər və Qaydalara dəyişiklik

 

      8.1.    Platforma bu Şərtləri və Qaydalarını istənilən vaxt, birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Bu İstifadə Şərtləri və Qaydalarına dəyişiklik edildiyi halda İstifadəçiyə bu barədə bildiriş təqdim ediləcək.

      8.2.    Dəyişikliklər dərc olunduğu andan qüvvəyə minir.

      8.3.    İstifadəçinin Platformadan istifadəni davam etdirməsi, dəyişdirilmiş İstifadə Şərtləri və Qaydalarını qəbul etdiyi mənasını daşıyır.

 

     9.          Fors-major

      9.1.    Qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, epidemiyalar, pandemiyalar, embarqolar, dövlət və hökumət orqanlarının qərarları, hərəkətləri və hərəkətsizliyi və s.), yəni qarşısıalınmaz hallar, nəticəsində bu Şərtlər və Qaydalar üzrə öhdəliklərin yerinə yetirilməsi mümkün olmadıqda, Platforma və İstifadəçi onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar, bu şərtlə ki, həmin hallar Şərtlər və Qaydalar üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsun.

      9.2.    Qarşısıalınmaz hallara istinad edən tərəf qeyd olunan halların yarandığı vaxtdan 10 (on) təqvim günü müddətində yazılı qaydada Şərtlər və Qaydaların icrasına mane olan fors-major hallarının başlanması və ehtimal olunan başa çatma müddəti haqqında xəbərdar edir və onun tələbinə əsasən səlahiyyətli hakimiyyət orqanı tərəfindən hadisəni təsdiq edən rəsmi sənədi təqdim edir. Bu Şərtlər və Qaydalar ilə müəyyən edilmiş məlumat vermə öhdəliyini yerinə yetirməyən tərəf, fors-major hallarına istinad etmək hüququnu itirir.

      9.3.    Qarşısıalınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi 2 (iki) həftə öncədən yazılı qaydada məlumatlandıraraq, Şərtlər və Qaydalara birtərəfli qaydada xitam verə bilər.

      9.4.    Fors-major hallar səlahiyyətli hakimiyyət orqanının qərarı ilə yazılı qaydada təsdiqlənməlidir.

 10.          Məxfilik

 

   10.1.    Platforma İstifadəçilərdən Xidmətlərin göstərilməsinə dair məlumatları  (məsələn, ad, e-poçt ünvanı və ya əlaqə məlumatları) toplanılmasını, saxlanılmasını, üçüncü şəxslərlə paylaşılmasını və s. həyata keçirmir.

   10.2.    Platforma İstifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə çərəzlərdən (cookies) və ya oxşar texnologiyalardan istifadə edə bilər. Lakin bu texnologiyalar İstifadəçiləri identifikasiya etməyə imkan vermir və fərdi məlumatların toplanmasını nəzərdə tutmur.

   10.3.    Platforma “GoldenPay” adlı üçüncü tərəfin göstərdiyi xidmət ilə inteqrasiya olunub. Bu xidmət vasitəsilə həyata keçirilən ödəniş əməliyyatları “GoldenPay” tərəfindən həyata keçirilir. Bu linkdən GoldenPay-in Məxfilik Siyasətinə keçid edə bilərsiniz.

   10.4.    Məxfilik barədə daha ətraflı məlumat üçün Məxfilik Siyasətinə keçid edə bilərsiniz.

 

  1. Tətbiq edilən hüquq

 

   11.1.    Bu “İstifadə Şərtləri və Qaydaları”, o cümlədən Platforma ilə İstifadəçi arasında yaranan münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsaslanır və həmin qanunvericilik çərçivəsində tənzimlənir.

   11.2.    Tərəflər bu “İstifadə Şərtlər və Qaydalardan irəli gələn və ya onunla əlaqədar meydana çıxan bütün mübahisələri və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Əgər tərəflər danışıqlar yolu ilə razılığa gələ bilməzlərsə, mübahisəli məsələlərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır.

 

  1. Yekun müddəalar və digər şərtlər

   12.1.    Bu Şərtlər və Qaydaların qəbul edilməsi tərəflər arasında mülki hüquqi münasibətlərin yaradılmasına, o cümlədən onlar arasında müqavilə münasibətlərinin yaradılmasına bərabər tutulur.

   12.2.    Qeydiyyatın tamamlanması ilə istifadəçi bu Şərtlər və Qaydaların bütün müddəalarını dəyişdirilməmiş şəkildə qəbul etmiş sayılır

   12.3.    Bu Şərtlər və Qaydaların hər hansı müddəasının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən etibarsız hesab edilməsi, Şərtlər və Qaydaların digər müddəalarının və bütövlükdə Şərtlər və Qaydaların etibarsızlığı ilə nəticələnə bilməz. Tərəflər Şərtlər və Qaydaların etibarsız müddəasının düzəlişi və ya dəyişdirilməsi üçün birgə müzakirə aparmağa razılaşırlar.

   12.4.    Şərtlər və Qaydalarda istifadə olunan terminlər və anlayışlar cəmdə və ya təkdə istifadə edilməsindən asılı olmayaraq, eyni mənanı daşıyır.

 

 

Əlaqə məlumatları

 

 

 

Elektron poçt ünvanı: info@ballar.az

 

 

Son yenilənmə tarixi: 23.07.2025